Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib. Prezident İlham Əliyevin imzaladığı "Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı fərmanla bu qaydalar təsdiq olunub. Belə ki, Mənzil Məcəlləsinə yeni 146.4-cü maddə əlavə edilib. Yeni maddəyə əsasən, Dövlət Mənzil Fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Qeyd edək ki, Mənzil Məcəlləsinin 146.1-ci maddəsi belədir: Bu Məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında" 1993-cü il 26 yanvar tarixli Qanuna əsasən, Dövlət Mənzil Fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar.