Yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi 1,9 milyard manatı ötüb

2025.12.30 17:44 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 faiz artaraq 1948,7 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 933 milyon manat olub ki, bu da ümumi dövriyyənin 47,9 faizini təşkil edib.