Azərbaycan "Russia Halal Expo 2026" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq

2025.12.30 11:22 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 15 - 17 may 2026-cı il tarixlərində keçiriləcək "Russia Halal Expo 2026” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 12 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://u.to/X5huIg) tanış olmaq olar.