Alkoqolsuz içkilərin istehsalı artıb

2025.12.30 12:59 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 48 558,1 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 7 faiz və ya 3 163,9 min dkl çoxdur.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 866,1 min dkl təşkil edib.