Bu ilin yanvar-noyabr aylarında ölkədən 65,8 milyon ABŞ dolları dəyərində 93,8 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 23,8 faiz və ya 12,68 milyon dollar, həcm baxımından isə 11,3 faiz və ya 9,5 min ton çoxdur.
Cari ilin 11 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,28 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,99 faizə bərabər olub.