Yanvar-noyabr aylarında Bolqarıstanla ticarət dövriyyəsi 780 milyon dolları üstələyib

2025.12.30 10:18 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 20 faiz artaraq 780 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Bolqarıstana ixrac: 756,68 milyon dollar (+22 faiz)

Bolqarıstandan Azərbaycana idxal: 23,34 milyon dollar (-21,4 faiz)

Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,75 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi