Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Qanunu imzalayıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.
Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.