"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.12.29 15:08 (UTC+04:00)

- Xaricdən əldə olunan divident gəlirlərinə görə vergi dərəcələri aşağı salınır. Bu güzəşt xaricdəki kapitalın ölkəyə qaytarılmasına necə təsir edəcək?

- Gələn ildən əməkhaqqı və məzuniyyətlə bağlı dəyişikliklər olacaq. Yeniliklər işçiyə hansı üstünlüyü verəcək?

- İlin sonuna yaxın qızılın qiyməti yenidən rekord həddə çatır. Bəs növbəti il üçün proqnozlar nədir?

- Öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər dövlətin verdiyi imtiyazlardan neçə il yararlana bilərlər? Bu məsələ necə tənzimlənir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 28 dekabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Günel Bəhramqızının suallarını cavablandırıb.