İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilib

2025.12.26 16:55 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.