Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində 2026-cı ilin 15-17 mart tarixlərində keçiriləcək “Prowein 2026” beynəlxalq şərab və spirtli içkilər sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 12 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://u.to/xe1tIg) tanış olmaq olar.