Etilen və propilen istehsalında artım qeydə alınıb

2025.12.26 13:30 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədə 141,3 min ton etilen, 131,6 min ton propen (propilen) istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə etilen istehsalı 12,1 faiz və ya 15,2 min ton, propilen istehsalı isə 10 faiz və ya 12 min ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı etilen və propilen üzrə (hər bir məhsul kateqoriyası üzrə) 1,1 min ton təşkil edib.