Ölkədaxili nağdsız əməliyyatların həcmi 14,4 faiz artıb

2025.12.25 15:54 (UTC+04:00)

Bu ilin noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 835 milyon min әdәd tәşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12,2 faiz artıb. Ödәniş kartlarında debet kartlarının sayı 14,7 faiz artıb, kredit kartlarının sayı isә 6,7 faiz azalıb. Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrib. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14,4 faiz artıb. 2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7,940 milyon manat tәşkil edib. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6,948 milyon manatı elektron ticarәtin payına düşüb. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilib. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67,5 faizini tәşkil edib.