11 ayda 107,7 milyon dollarlıq xurma ixrac edilib

2025.12.24 13:34 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 107,7 milyon dollar dəyərində 145,8 min tondan çox xurma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 24,5 faiz, həcmi isə 21,2 faiz artıb.

Cari ilin 11 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,25 faizə bərabər olub.