Səudiyyə Ərəbistanına məhsul ixracı 4 dəfədən çox artıb

2025.12.24 12:59 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,3 dəfə artaraq 55,2 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac: 12,2 milyon dollar (+4,5 dəfə)
Səudiyyə Ərəbistanından Azərbaycana idxal: 43 milyon dollar (+2 dəfə)

Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,12 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi