Sığorta bazarı 12 faizədək böyüyüb

2025.12.24 12:33 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində ölkənin sığorta bazarı üzrə 1 365,3 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,7 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk 11 ayına nisbətdə 21,7 faiz artaraq 844,833 milyon manat təşkil edib.