Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış bina komplekslərinin istismarına icazələr verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mətbuata verilən məlumata görə, Komitə tərəfindən verilən 134 icazə ümumilikdə 349 girişli çoxmənzilli binaları və 23183 mənzili əhatə edir.
Komitə tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Komitə tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yazılı məlumat göndərilir.