İsveçrə ilə ticarət dövriyyəsi artıb

2025.12.23 17:01 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,1 dəfə artaraq 890,2 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan İsveçrəyə ixrac: 411,89 milyon dollar (+2,1 dəfə)

İsveçrədən Azərbaycana idxal: 478,36 milyon dollar (+2 dəfə)

Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi