M.B.Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018.12.28 16:02 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.