İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət İmtahan Mərkəzi ilə birlikdə cari ilin dekabr ayının 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb. İmtahanda iştirak hüququ qazanan namizədlərin sayı 2.519 nəfər olub. Test imtahanının nəticələrinə əsasən 754 namizəd 70 və daha yüksək bal toplamaqla ikinci mərhələyə - müsahibəyə buraxılıb.
İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Dövlət Vergi Xidmətinin rəsmi səhifələrində yerləşdirilib.