"Mida" MMC-nin Güzəştli Mənzil Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınması və Güzəştli Mənzil Sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması üzrə keçirdiyi tenderin qalibi müəyyənləşib. Tenderin qalibi olan şirkətlərlə müvafiq olaraq 617.470 manat və 411.126 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd olunan xidmətləri "Smart İT" MMC və "R.İ.S.K. Elm-İstehsalat Şirkəti" QSC həyata keçirəcək.