Azərbaycanda kredit şəbəkəsi genişlənir

2019.08.26 16:01 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası 2 bank olmayan kredit təşkilatına (BOKT) - "MJ Financial Services" və "Aset Maliyyə Texnologiyaları" MMC-lərə fəaliyyət üçün lisenziya verib. Bununla da Azərbaycanda BOKT-ların sayı 43-dən 45-ə çatıb.

Xatırladaq ki, "MJ Financial Services" bu il aprelin 15-də Bakıda yaradılıb. Onun nizamnamə kapitalı 300.010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur. "Aset Maliyyə Texnologiyaları" isə 2017-ci il yanvarın 10-da Bakıda təsis edilib. Onun nizamnamə kapitalı 300.000 manat, qanuni təmsilçisi isə Xosrov Fikrət oğlu Axundovdur.