ABŞ dövlət katibinin köməkçisi ilə görüş keçirilib YENİLƏNİB

2025.12.22 19:30 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Azərbaycanın ABŞ ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi sahədə işbirliyini dərinləşdirmək üçün geniş potensial var.

Görüş zamanı Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Tərəflər Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə ediblər.

-----

12:27

“Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan - ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq.

Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.