Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 57,1 milyon ABŞ dolları dəyərində 79,7 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 52,3 faiz və ya 19,6 milyon dollar, həcmi isə 61,7 faiz və ya 30,4 min ton artıb.
Cari ilin 11 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,72 faizə bərabər olub.