Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 136 layihə üzrə istehsal və xidmət sahələri yaradılıb.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, yekunlaşan layihələrdən 64-ü yeni sahələrin yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb. Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 milyon 575 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.