“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə etdik.
"Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi"nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə "DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük.
Xanım Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.