Omanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib

2025.12.18 16:06 (UTC+04:00)

“Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirdik.

Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan - Oman Birgə Biznes Şurasının yaradılması, ticarət, bərpaolunan və ənənəvi enerji, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.