Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi orqanlarına işə qəbulla bağlı bir sıra məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.