Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 92,2 milyon ABŞ dolları dəyərində 169,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2 dəfə və ya təqribən 46,3 milyon dollar, həcm baxımından isə 2,1 dəfə və ya 88,6 min ton üstələyir.
Cari ilin 11 ayı ərzində ölkədən ümumilikdə 11,51 milyard dollar dəyərində 22,13 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 15-ci yerdə qərarlaşıb və ixrac həcminin 0,76 faizi bu ölkənin payına düşüb.