Azərbaycan startapları beynəlxalq sərgi və forumda nümayiş etdiriləcək

2019.08.26 14:34 (UTC+04:00)

Sentyabrın 9-dan 12-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində "ITU Telecom World 2019" beynəlxalq sərgi və forum təşkil olunacaq. İnnovasiya Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan bu sərgiyə Agentlikdən iştirak üçün dəstək alan dörd (Virtual Əməliyyat, Kuleko, Wexplain və Vriendly) startapla qatılacaq. Sərgi və forumda Azərbaycanın Milli Pavilyonu yaradılacaq və startaplar bu məkandan nümayiş etdiriləcək.

Startaplar tədbir çərçivəsində təşkil olunacaq Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına da qatılacaqlar.