Çinlə ticarət dövriyyəsinin həcmi 4 milyard dolları üstələyib

2025.12.18 17:48 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 24 faiz artaraq 4,2 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Çinə ixrac: 84 milyon dollar (+4,8 dəfə)

Çindən Azərbaycana idxal: 4,129 milyard dollar (+22,2 faiz)

Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9,45 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,57 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi