Polad boru istehsalı 2 dəfədən çox artıb

2025.12.18 10:17 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədə 199 min ton polad boru istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 2,1 dəfə və ya 102,9 min ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 3,8 min ton təşkil edib.