Bu ilin yanvar-noyabr aylarında ölkədə 76,8 min ton pambıq mahlıcı və 19,7 min ton pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 33,8 faiz, pambıq ipliyinin istehsalı isə 22,9 faiz artıb.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə təqribən 28,3 min ton, pambıq ipliyi üzrə isə 5,2 min ton təşkil edib.