Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. AMB-dən verilən məlumata görə, avqustun 26-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 721 milyon manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.
Nəticədə hərrac zamanı Mərkəzi Bank 100 milyon manat vəsait cəlb edib.