- Avtomobillə sərnişin və yük daşınması ilə məşğul olanlara fərqlənmə nişanları yeni qayda ilə veriləcək. Vergi qanunvericiliyindəki dəyişiklik sahibkarların işini necə asanlaşdıracaq?
- Media subyektlərinə güzəştlərin müddətləri daha 3 il artırılır. Azərbaycan mediası hansı güzəştlərdən istifadə edəcək?
- Kredit götürən şəxs işsiz qalarsa, borcunu sığorta şirkəti ödəyə bilər. Təklif olunan yeni mexanizm necə işləyəcək?
- Kafe və restoranlarda xidmət haqqı hansı halda tələb oluna bilər? Dövlət agentliyi sahibkarlara xəbərdarlıq etdi.
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 14 dekabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Bakı Fond Birjasının Ticarət və dəstək bölməsinin rəhbəri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Fərid Abbaszadə Günel Bəhramqızının suallarını cavablandırıb.