İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” və tərəfdaşı “Wuyan Jiangsu Biotechnology” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib.
Agentliyin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti ölkənin bir sıra regionlarında kənd təsərrüfatı və kimya sənayesi üzrə fəaliyyət göstərən qida, şərab və kosmetik məhsul istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Yerli müəssisələrlə keçirilən görüşlərdə Azərbaycan məhsullarının Çinə ixrac imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.