Mis konsentratının hasilatı kəskin artıb

2025.12.15 10:49 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkənin mədənçıxarma sənayesində 6 420,6 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 32 dəfə və ya 6 220,3 ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 2 539,2 ton təşkil edib.