MDB vergi orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

2019.08.26 11:19 (UTC+04:00)

Tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Moldova və Özbəkistanın müvafiq orqanlarının nümayəndələri iştirak ediblər. Tədbir zamanı dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, ekstremizm və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə edilib. İştirakçılar qaçaqmalçılığa və aksiz markası olmayan malların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə qurumlararası əməkdaşlıq təcrübələrini bölüşüblər. Tədbirdə, həmçinin, MDB ölkələrində vergi cinayətlərinin araşdırılması sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün yekununda bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən bir sıra qərarlar qəbul edilib.