Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 658,9 milyon manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 4 717,5 milyon manatı neft-qaz sektorunun, 11 941,4 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 2 107,2 milyon manatı (ümumi sərmayənin 12,6 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bu ilin ilk 11 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 592,6 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 31,3 faiz çoxdur.
Əsas investor ölkələr aşağıdakılardır:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Fransa
Hindistan