Xocavənd rayonunun elektrik təsərrüfatı yenilənir

2025.12.12 12:30 (UTC+04:00)

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xocavənd rayonunun Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0.4 kV-luq yeni yarımstansiyalar tikilib.

“Azərişıq” ASC-nin məlumatına görə, Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib, eləcə də 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.

Hazırda şəhər ərazisi ilə yanaşı, Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.