Afrika qitəsindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2025.12.11 13:31 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Afrika qitəsindən Azərbaycana 16,8 mindən çox əcnəbi vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin oktyabr ayında Afrika ölkələrindən Azərbaycana 1,9 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 28 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 10,2 faiz azdır.

Oktyabr ayında Afrika ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:

Əlcəzair – 878
Mərakeş – 390
Sudan – 154
Cənubi Afrika Respublikası – 118
Komor adaları – 65