Bu ilin yanvar-oktyabr aylarında ölkədə 128,6 min ton gips məmulatları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 27,6 faiz və ya 27,8 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal edilən gips məmulatlarının 123,9 min tonu tikinti gipsinin payına düşüb. 2024-cü ilin ilk 10 ayının göstəricisinə nisbətdə tikinti gipsinin istehsalı 52,4 faiz və ya 42,6 min ton artıb.
Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı gips məmulatları üzrə 2,9 min ton, tikinti gipsi üzrə isə 2,3 min ton təşkil edib.