İtaliyanın "Saipem S.p.A." şirkəti ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

2025.12.10 14:27 (UTC+04:00)

“İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri cənab Alessandro Puliti ilə görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük.

Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.