Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

2025.12.10 11:06 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7 faizdən 6,75 faizə endirilib.

AMB-nin yaydığı məlumata əsasən, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.