Şəkər istehsalı artıb

2025.12.09 13:30 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 322,1 min ton şəkər və qənd istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 21,7 faiz və ya 57,4 min ton artıb. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 26,1 min ton təşkil edib.