İqtisadiyyat nazirinin müavini Şabranda vətəndaşları qəbul edib

2025.12.09 10:12 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Anar Axundov Şabran şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, dövlət investisiyaları və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.