Yanvar – noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41.304 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 56.016 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Yanvar – noyabr aylarında vergi ödəyicilərinə 666.980 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 105 görüş keçirilib, 464 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.396 müraciət üzrə 6.011 Asan İmza sertifikatı verilib.