Yumurta  istehsalında artım qeydə alınıb

2025.12.08 10:17 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən quşçuluq müəssisələri tərəfindən 1 975,2 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 faiz və ya 57,6 milyon ədəd çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 1,1 faiz və ya 2,1 milyon ədəd artım qeydə alınıb. Oktyabrda 185,8 milyon ədəd yumurta istehsal edilib.