Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 28,2 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

2025.12.05 10:59 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. 2025-ci ilin yanvar - noyabr aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 28 milyon 263,7 min manat təşkil edib.