Bu ilin yanvar-oktyabr aylarında ölkədə 191,3 min ton neft koksu istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 10,1 faiz və ya 17,5 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 1,4 faiz və ya 300 ton artım qeydə alınıb. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 38,3 min ton təşkil edib.