Bu ilin yanvar-oktyabr aylarında ölkədən 57,4 milyon ABŞ dolları dəyərində 81,7 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 34,7 faiz və ya 14,79 milyon dollar, həcm baxımından isə 22,3 faiz və ya 14,9 min ton çoxdur.
Cari ilin ilk 10 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,27 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,92 faizə bərabər olub.